Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

7 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108028884 ISIN-li, 10 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.8936 AZN (7.5%) və 102.2623 AZN (5.9699%) olan 20 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.2623 AZN (5.9699%), orta ölçülmüş qiyməti  102.2623 AZN (5.9699%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64,472,400.00 manat yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 1 sentyabr 2026-cı  il.

Hərrac iştirakçıları 8 sentyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (20.02.2026)

Enerji bazarında kritik həftə – Qiymətlər daha da arta bilər

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (18.02.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı