Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

1 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106004945 ISIN-li, 35 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 94.5828 AZN (6%) və 100.0840  AZN (3.97%) olan 14 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.9285 AZN (4.749%), orta ölçülmüş qiyməti 99.6668 AZN (4.1192%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 127,618,800.00 manat yerləşdirilmiş həcmi isə 52,500,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 28 yanvar 2025-ci  il.

Hərrac iştirakçıları 2 fevral 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (03.03.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (27.02.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (26.02.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı