Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

22 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106007948 ISIN-li, 30 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 95.9032  AZN (5.5%) və 99.7204 (4.1%) olan 16 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.7773 (4.4398%), orta ölçülmüş qiyməti 99.3864 (4.2199%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 120,153,500.00 manat, yerləşdirilmiş həcmi isə 45,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 18 fevral 2025-ci  il.

Hərrac iştirakçıları 23 fevral 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (27.02.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (26.02.2026)

Yaponiya və Cənubi Koreya rekord qırdı – Nvidia Asiya bazarlarını coşdurdu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı