Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

1 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108030948 ISIN-li, 20 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 83.8628 (10.2%) manat və 88.2420 (8.9697%) manat olan 16 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 86.3213 (9.5%) manat, orta ölçülmüş qiyməti 86.9708 (9.3191%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48,351,000  manat, yerləşdirilmiş həcmi isə 20,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 26 oktyabr 2027-ci il.

Hərrac iştirakçıları 2 noyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Related posts

Asiya birjaları düşür: neft bahalaşması bazarları sarsıdır

Asiya birjaları çöküşdə: İran müharibəsi bazarlarda qorxunu artırdı

ASİYA BİRJA BAZARLARINDA RİSK ARTI: BANK OF SINGAPORE PROQNOZUNU AŞAĞI SALDI

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı