Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

26 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 55 mln. manat həcmində, 1092 gün (qalıq 938 gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 96,5083(9.5234%) manat və 101,5843  (7.5213%) manat olan 43 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100,2277 (8.0437%) manat, orta ölçülmüş qiyməti 100,6856  (7.8664%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 141,632,400 manat, yerləşdirilmiş həcmi isə 55,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı il.

Hərrac iştirakçıları 27 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

Related posts

Qlobal Bazarlarda “Qırmızı Tufan”: Neft və Qaz Sıçrayır, Səhmlər Çökür!

Yaponiya Bankından İnflyasiya Xəbərdarlığı

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı