Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub - BBN

Maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya BankıBeynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində bir sıra aparıcı maliyyə institutları ilə görüşlər keçirib.

Mərkəzi Banka istinadla BBN.az xəbər verir ki, nümayəndə heyəti “Abu Dhabi Commercial Bank”, “Mizuho Bank”, “UBS” və “Federal Reserve Bank of New York” kimi maliyyə qurumlarının təmsilçiləri ilə müzakirələr aparıb.

Görüşlərdə qlobal makroiqtisadi vəziyyət, Azərbaycanın maliyyə sektorundakı cari meyillər və inkişaf perspektivləri, həmçinin maliyyə sektorları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Qeyd edək ki, 13–18 oktyabr tarixlərini əhatə edən ABŞ səfəri çərçivəsində keçirilən görüşlər Mərkəzi Bankın və ölkənin maliyyə sektorunun beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının dərinləşdirilməsi, eləcə də strateji dialoqun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Related posts

AMB və QMAMTYM əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Avropa Mərkəzi Bankı: Avrozonada inflyasiya fevralda hədəfə yaxınlaşıb, lakin enerji qiymətləri risk yaradır

Güclü dollar qızılı təzyiq altında saxlayır: qiymətlər həftəlik enişə hazırlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı