“Maliyyə Sektorunun Modernizasiyası Layihəsi 3”ün icrasına start verilib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında “Maliyyə Sektorunun Modernizasiyası Layihəsi 3”ün icrasına start verilib.

BBN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, layihənin əhatə dairəsinin müəyyənləşdirilməsi və istiqamətlərin dəqiqləşdirilməsi məqsədilə Dünya Bankının mütəxəssislərdən ibarət geniş tərkibli missiyası Bakıda səfərdədirlər. Layihənin əsas məqsədi maliyyə sektorunun nəzarət və tənzimlənməsinin gücləndirilməsi, dövlət maliyyə inklüzivliyi proqramının icrasına dəstək və maliyyə sektorunun monitorinqi üzrə AMB-yə dəstək göstərməkdən ibarətdir.

Related posts

Azərbaycan və “Mastercard” maliyyə inklüzivliyinin genişləndirilməsini müzakirə edib

ABB Tam Visa kartını təqdim etdi

2025-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 9,3 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı