ABA-nın”Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 26-27 noyabr 2025-ci il tarixlərində ABA-nın “Maliyyə və mühasibatlıq Ekspert Qrupu”nun, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  • Maliyyə planlaşdırılması və büdcələşdirmə: Sıfır əsaslı büdcələşdirmə, strateji maliyyə idarəetməsi və xərc optimallaşdırma alətləri,
  • Rəqəmsal transformasiya və maliyyə: Robotlaşdırılmış mühasibat (RPA), rəqəmsal analitika və məlumat yönümlü qərarvermə,
  • Tənzimləyici və ehtiyatlı hesabatlılıq: Risklə çəkilən aktivlər, kapitalın adekvatlığı (CAR), Basel III/IV və BDDK-nın ehtiyatlı hesabatları,
  • ESG və davamlılıq hesabatlılığı: Yaşıl maliyyələşmə, ESG göstəricilərinin maliyyə hesabatlarına inteqrasiyası.

Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:

  1. Ziraat Katılım Bankası;
  2. Albaraka Türk Katılım Bankası;
  3. QNB Finansbank;
  4. Yapı Kredi Bankası;
  5. DenizBank;
  6. Garanti Bankası.

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

Related posts

İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə Simpozium keçirilib

Mərkəzi Bankın nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib

Sahibkarların müraciətləri dinlənilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı