Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə xidmətlərində "fraud" cəhdləri azalıb

Maliyyə xidmətlərində “fraud” cəhdləri azalıb

Beynəlxalq məlumat şəbəkəsinə malik “Sift” şirkəti dünyada baş verən fırıldaqçılıq əməliyyatlarının həcminin izlənməsinə imkan verən qrafikləri saytı üzərindən yayımlayıb. Aylıq 35 milyard tranzaksiyanın süni intellekt vasitəsilə analizi nəticəsində ərsəyə gələn bu qrafiklər həftəlik olaraq yenilənir.

Qrafiklərdə əsas diqqət çəkən məqam tranzaksiyaların rəqəmsallaşdırılması prosesinin koronavirus pandemiyası səbəbindən sürətlənməsi ilə “fraud” hallarının sıxlığının azalmasıdır. Koronavirus pandemiyası “fraud” cəhdlərini maliyyə xidmətləri sahəsində 69% azaltsa da, nəqliyyat və daşınma sahəsində 76%-lik, təhsil sektorunda isə 17%-lik artım qeydə alınıb.

Aşağıda əlavə edilən qrafiklərdən son üç ayda müxtəlif sektorlarda həyata keçirilən tranzaksiyalar (mavi xətt) və fırıldaçılıq cəhdləri (qırmızı xətt) ilə bağlı məlumat əldə etmək olar.

Ümumi

Maliyyə xidmətləri

Rəqəmsal kommersiya

Təhsil

Səyahət və logistika

Related posts

S&P Azərbaycanın bank sektoru üzrə BICRA reytinqini yüksəldib

“Fitch” “Cənub Qaz Dəhlizi” və daha yeddi infrastruktur şirkətinin reytinqini təsdiqləyib

Qlobal inflyasiya arta bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı