Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

23 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106016691 ISIN-li, 30 mln. manat həcmində, 182 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 5 investor tərəfindən qiyməti intervalı 92.6240 AZN (12.0000%) və 100.0515 AZN (8.9800%) olan 8 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0515 AZN (8.9800%), orta ölçülmüş qiyməti 100.0515 AZN (8.9800%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43. 961 900, 00 AZN yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi  19.10.2021-ci ildir.

Hərrac iştirakçıları 24 oktyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır