Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib: “Bu gün Azərbaycan Dövlət Neft Fondunun 800 milyon manatlıq satılmayan vəsaiti var. Əgər həmin vəsait bazara çıxsaydı, manatın məzənnəsi xeyli möhkəmlənərdi”.
O, həmçinin qeyd edib: “Hazırda manat revalvasiya təhlükəsi ilə üzbəüzdür. Amma biz manatın bahalaşmasını istəmirik. Bunun təkcə müsbət deyil, həm də mənfi tərəfləri var”.