Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır” – T.Kazımov - BBN

“Manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır” – T.Kazımov

Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib ki, bu ilin ilk 9 ayının nəticələrinə əsasən, nağd valyuta bazarında təklif tələbi 230 milyon ABŞ dollarını üstələyib.

Bunu AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu göstərici əhalinin xarici valyutaya olan gözləntilərinin pozitiv olduğunu təsdiqləyir:

“Əhali daha çox xarici valyuta vəsaitlərini satıb, nəinki alıb. Bu bizim üçün vacib göstəricidir, çünki əhalinin gözləntilərini bu göstərici ilə qiymətləndiririk”.

Taleh Kazımov qeyd edib ki, Azərbaycan manatına inamın arxasında konkret rəqəmlər və faktlar dayanır:

  • Sentyabrda dollarlaşma səviyyəsi 29 faizə düşüb. AMB bu göstəricini 20–25 % aralığında idarə etməyi hədəfləyir.

  • Nağd valyuta bazarında təklifin tələbi üstələməsi 230 milyon ABŞ dolları təşkil edib.

  • Ölkənin strateji valyuta ehtiyatları il ərzində 14,7 % artaraq 81,5 milyard ABŞ dollarına çatıb və bu, geniş manat kütləsini 3,7 dəfə üstələyir.

  • Proqnozlara görə, 2025 və 2026-cı illərin sonlarında cari əməliyyatlar balansı profisitli olacaq.

AMB sədri həmçinin vurğulayıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən manatla istiqrazların buraxılması da Manata və ölkə iqtisadiyyatına olan etimadı göstərir.

Related posts

ADB: Neftin bir barelinin qiyməti ən pis ssenaridə 155 dollara qədər arta bilər

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB: “Azərbaycanda inflyasiya mülayim olaraq qalır”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı