
Azərbaycan manatının qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 2018-ci ilin fevral ayına 86.9 faiz bəndi təşkil edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici yanvar ayına olan analoji göstərici ilə müqayisədə 0.8 faiz bəndi azdır.
Həmçinin, 2017-cı ilin analoji dövrünə olan göstərici ilə müqayisədə qeyri-neft sektoru üzrə real effektiv məzənnə 0.9 faiz bəndi artıb.
Qeyd edək ki, real effektiv məzənnənin artması qeyri-neft sektoru üzrə Azərbaycan məhsullarının xarici ticarət partnyoru olan ölkələrə nəzərən nisbi qiymət rəqabəti qabilliyyətinin zəiflədiyini ifadə edir.