Martda türk lirəsi dollara nisbətdə rekord aşağı səviyyəyə enib

Türkiyənin milli pul vahidi lirənin məzənnəsi 2023-cü ilin martında dollara nisbətə rekord aşağı səviyyəyə enib, hazırda 1 ABŞ dolları – 19.14 türk lirəsinə bərabərdir.

BBN.az tradingeconomics.com-a istinadən xəbər verir ki, buna səbəb isə cari ayda ölkənin Mərkəzi Bankının gözlənildiyi kimi faiz dərəcələrini dəyişməz saxlaması olub, 8.5%.  Fevral ayında baş verən zəlzələdən sonra isə tənzimləyici maliyyə stabiliyini təmin etmək üçün faiz dərəcələrini 50 baza bəndi azaltmışdı. 2021-ci ilin sentyabrından bu yana isə Mərkəzi Bank faiz dərəcələrini 10.5% azaldıb. 

Qeyd edək ki, fevralda illik inflyasiyanın inkişafı oktyabrdakı 86%-dən 55%-ə enib.  Mərkəzi Bank, həmçinin məzənnənin möhkəmliyini tənzimləməkdən dolayı anti-dollarlaşma siyasətini dəstəkləyir. 

Related posts

Bu günün valyuta məzənnələri-17.07.2024

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı