Home » Masallı Sənaye Məhəlləsində istehsal 15%-ə yaxın artıb

Masallı Sənaye Məhəlləsində istehsal 15%-ə yaxın artıb

by anar
0 comment 0 views 1 minutes read

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində investisiya kapitalı 6,2 milyon manat olan 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək görülmüş işlərə 2,1 milyon manat investisiya yatırılıb, 70 nəfərlik iş yeri yaradılıb.

Növbəti mərhələdə mövcud layihələr üzrə Sənaye Məhəlləsinə əlavə olaraq 4,1 milyon manat investisiyanın yatırılması 159 iş yerinin yaradılması nəzərdə tutulur. Masallı Sənaye Məhəlləsində indiyədək 14,2 milyon manatlıq məhsul istehsal edilib.

Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü ilin 9 ayında 1,9 milyon manatlıq məhsul istehsal edilmişdirsə, cari ilin müvafiq dövründə isə 2,2 milyon manatlıq məhsul istehsalı həyata keçirilib. İstehsal 15%-ə yaxın artıb. İstehsal olunan məhsullar əsasən daxili bazarın təlabatının ödənilməsinə yönəldilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.