Mastercard: İnflyasiya pik həddinə çatıb, amma 2023-cü ildə Covid-dən əvvəlki səviyyəyə qayıtmayacaq

“İnflyasiya artıq pik həddindədir, ancaq 2023-cü ildə Covid-dən əvvəlki səviyyədən yüksək qalacaq”.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bu haqda Mastercard İqtisadiyyat İnstitutunun Asiya-Sakit bazarları üzə baş iqtisadçısı David Mann deyib.

Cümə günü David Mann CNBC-yə məxsus proqramda bildirib ki, inflyasiyanın 2019-cu ildəki səviyyəyə çatmağı bir neçə il alacaq.

Qeyd edək ki, dünya ölkələrində Mərkəzi Banklar inflyasiyanı aşağı salmaq üçün faiz dərəcələrini artırılması siyasətlərinə davam edirlər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı