“Mastercard” “Sandbox as a Service”in qaliblərini elan edir – Foto

“Mastercard” ABB ilə əməkdaşlıq çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizə üçün innovativ fintex həlləri kəşf etmək məqsədilə keçirilən “Sandbox as a Service” platforması üzrə virtual hakatonu uğurla başa vurub.

Hakatonda regionun 8 aparıcı fintex startapı iştirak edib və dayanıqlı inkişafı dəstəkləmək və karbon emissiyalarını azaltmaq üçün məhsulları canlı təqdim ediblər.

Hakatonda ümumilikdə 50-dən çox regional və yerli fintex həlləri dəyərləndirilib.

Finalçılar Azərbaycan bazarında fəaliyyət göstərə bilmək qabiliyyəti, banklarla inteqrasiya üçün hazır canlı məhsullar təqdim etmək və dayanıqlılıq mövzusuna uyğun olmaq kimi meyarlara əsasən seçilib.

Final günündə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ABB, “Kapital Bank”, “Paşa Bank”, “Mastercard” və “Sabah Hub”ı təmsil edən altı ekspertə iştirakçılar tərəfindən məhsul təqdimatları keçirilib.

Ekspertlər təqdim edilmiş həlləri “Sandbox as a Service” platformasında banklar, innovasiya və istifadəçi təcrübəsi üçün aktuallıq baxımından dəyərləndirib.

Dayanıqlılıq üzrə  hakatonunun qalibləri aşağıdakılar olub:

– 1-ci yer – CARBONEMIT

– 2-ci yer – BESO

– 3-cü yer – FARADAI

Birinci yerə çıxan Carbonemit  startapı ABB tərəfindən inkişafını genişləndirmək üçün 10,000 ABŞ dolları və “Mastercard” “Sandbox as a Service” platformasına tam giriş imkanı əldə edəcək. İkinci və üçüncü yerin sahibləri isə platformaya fərdi giriş hüququ və əlavə “Mastercard” üstünlükləri ilə mükafatlandırılacaqlar.

Bu komandalar iqlim problemlərinin həlli üzrə qabaqcıl yanaşmalar və banklar, həmçinin maliyyə institutları üçün praktik tətbiqlər təklif etməklə münsiflərdən yüksək qiymət alıb.

“Mastercard” dayanıqlı innovasiyaları dəstəkləməyə, ətraf mühitə qarşı məsuliyyəti təşviq etməyə və daha yaşıl gələcəyə töhfə verən fintex həllərini dəstəkləmək öhdəliyinə sadiqdir.

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı