“Mastercard Send” tezliklə bu ölkədə fəaliyyətə başlayacaq

“Mastercard” tezliklə “Mastercard Send”in tezliklə İngiltərədə fəaliyyətə başlayacağını təsdiq edib.

“Mastercard Send” maliyyə qurumlarına, rəqəmsal müştərilərə və digər müəssisələrə İngiltərənin bank hesablarına real-vaxtda ödənişlər göndərməyə və eyni vasitələrlə ödənişləri qəbul etməyə imkan verən ödəniş xidmətidir. “Masterrcard Send” Peer-to-Peer (P2P) və business-to-consumer (B2C) ödənişləri  kimi  müxtəlif istifadə hallarına imkan verən Faster Payments şəbəkəsinə qoşulacaq.

Yeni xidmət “Mastercard”ın 2017-ci ildəki “Vocalink” satınalınmasını izləyir və dünyadakı vizyonunu təkcə pullar xaricində deyil, həm də kartlar xaricində həyata keçirir. Bu xidmət geniş çeşidli ödəniş növlərinə imkan açacaq. “Mastercard Send” “Vocalink” texnologiyasını inteqrasiya edərək İngiltərədən başlayaraq müştərilərə daha çox seçim və rahatlıq təklif edən əlverişli ödənişi təmin edir.

“Mastercard” İngiltərədə “Starling Bank”ı hesablaşma xidmətləri üçün strateji tərəfdaş kimi seçib. Bank “Faster Payments” vasitəsilə fərdi hesablara keçirilmədən öncə ödənilməli olan vəsaitləri idarə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır