May ayında 17 mindən çox əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb

 

Aparılan statistik göstəricilərə əsasən 2017-ci ilin may ayında ölkədə 17251 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Yerinə yetirilən qeydiyyatın 5111 ilkin, 12140 isə təkrar qeydiyyata aiddir. Cari ilin may ayında 14988 daşınmaz əmlaka texniki pasport tərtib edilib, 3604 ipoteka müqaviləsi, 351 yüklülük dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 13386 yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 4735 digər müxtəlif məzmunlu arayışlar verilib. 11107 daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib.

May ayında mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3253 fərdi yaşayış və bağ evi, 4246 mənzil, 8974 torpaq sahəsi, 671 qeyri-yaşayış binası, 79 əmlak kompleksi, 4 çoxmərtəbəli yaşayış binası, 24 çoxillik əkmə olub. Ötən ilin may ayı ilə müqayisədə fərdi evlərin qeydiyyatı 32.18%, torpaq sahələri 8.6%, mənzillərin qeydiyyatı 27.0%, qeyri-yaşayış binalarının qeydiyyatı 53.2%, çoxillik əkmələrin qeydiyyatı isə 4 dəfə artıb.

Qeyd edək ki, ümumilikdə bu ilin ilk 5 ayında ölkədə 77966 əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Əmlakın qeydiyyatının 65.7%-i regionlarına payına düşüb. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır.

.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır