May ayında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

2017-ci ilin may ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,519 milyard kilovat-saat olub. Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

Qeyd edək ki, ötən ilin may ayında “Azərenerji” ASC-də 1,542 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır