Mayda Azərbaycan-Koreya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclası keçiriləcək

Bu ilin mayın sonunda Cənubi Koreyanın paytaxtı Seulda Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçiriləcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədovun ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Su Byunqsunun başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə qeyd edilib.

İclas çərçivəsində keçiriləcək biznes forum və Koreyanın bir sıra təşkilatları və texnologiya şirkətləri ilə planlaşdırılan ikitərəfli görüşlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüş zamanı iki ölkə arasında rəqəmsal transformasiya, kibertəhlükəsizlik, innovasiya və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

S. Məmmədov qeyd olunan sahələrdə ölkəmizdə həyata keçirilən layihələr barədə qarşı tərəfi məlumatlandıraraq, informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə təlimlərin təşkili ilə bağlı Koreya ilə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə birgə planlaşdırılan “ağıllı şəhər” layihələrində verilən dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı