MBNP-nin DİREKTORLAR ŞURASININ SƏDRİ RÜFƏT ASLANLI BANK RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

17 avqust 2016-cı il, Bakı: Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar  Şurasının sədri Rüfət Aslanlının 17 avqustda bank rəhbərləri ilə görüşü keçirilmişdir.

Görüşdə çıxış edən R. Aslanlı Azərbaycan iqtisadiyyatı və bank sektorundakı durum barədə məlumat verib. Həmçinin görüşdə həyata keçirilən nəzarət tədbirləri və yeni trendlər müzakirə edildi.

Görüşün sonunda Azərbaycanda fəaliyyət göstərən bankların səhmdarları və rəhbərləri onları narahat edən mövzularla bağlı suallar verdilər və qərara alındı ki, bu cür görüşlər mütəmadi şəkildə təşkil olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır