Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
MDB ölkələrində iqtisadi artım tempi zəifləyəcək - BBN

MDB ölkələrində iqtisadi artım tempi zəifləyəcək

2024-cü ildə müşahidə olunan güclü iqtisadi artımdan sonra 2025-ci ildə Müstəqil Dövlətlər Birliyi (MDB) regionunda iqtisadi fəaliyyətin zəifləyəcəyi proqnozlaşdırılır.

BBN.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) son hesabatında məlumat verilib.

Sənəddə qeyd olunur ki, MDB və Gürcüstan üzrə birgə ÜDM 2024-cü ildə 4,5% artıb. Lakin 2025-ci ildə bu göstəricinin 2,5%-ə enəcəyi gözlənilir. İqtisadi dinamikanın zəifləməsi əsasən Rusiya iqtisadiyyatındakı yavaşlama və MDB-yə daxil olan kiçik ölkələrin Rusiya ilə həyata keçirdiyi vasitəçi ticarətin həcminin azalması ilə izah olunur.

Hesabatda vurğulanır ki, regionun iqtisadi perspektivləri bir sıra xarici amillərlə – Ukrayna münaqişəsinin mümkün həlli, Rusiyaya qarşı sanksiyaların dəyişməsi, qlobal enerji və xammal qiymətlərindəki dalğalanmalar, eləcə də Çin kimi böyük iqtisadiyyatların inkişaf səviyyəsi ilə sıx bağlıdır.

BMT-nin proqnozlarına əsasən, Rusiya iqtisadiyyatında 2025-ci ildə cəmi 1,5%-lik artım gözlənilir. Bu zəif artımın başlıca səbəbləri kimi əmək bazarındakı struktur çatışmazlıqlar və sərt pul-kredit siyasəti göstərilir.

Bundan əlavə, neft qiymətlərinin enməsi Rusiya, Qazaxıstan və Azərbaycan kimi enerji ixracatçısı ölkələrin büdcə xərcləmə planlarına mənfi təsir göstərə bilər.

Related posts

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

ETX bank və dövlət sektoruna qarşı fişinq cəhdinin detallarını açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı