Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
MDM-in nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib - BBN

MDM-in nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

2-4 oktyabr 2024-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyası (AECSD), Yaxın Şərq və Afrika Depozitarları Assosiasiyası (AMEDA) tərəfindən “Avrasiya, Afrika və Yaxın Şərqdə kapital bazarlarının gələcəyinin formalaşdırılması: Mərkəzi Depozitarın rolu” mövzusunda sammit keçirilmişdir. Tədbirdə Avrasiya, Afrika və Yaxın Şərqdən 40-dan artıq mərkəzi depozitarın, o cümlədən Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) nümayəndə heyəti iştirak etmişdir.
Sammitdə transmilli və regionlararası əməkdaşlığın gücləndirilməsi, rəqəmsal dövrdə mərkəzi depozitarların rolu, risklərin idarə edilməsi, korporativ idarəetmə, investorlara yönəlmiş xidmətlər, qabaqcıl təcrübələrin mübadiləsi, perspektivli yeni xidmətlər və məhsullar kimi mövzular üzrə ekspertlər çıxış etmiş və panel müzakirələri aparılmışdır.
Səfər çərçivəsində MDM-in nümayəndə heyəti bir sıra xarici mərkəzi depozitarlar və maliyyə institutları ilə işgüzar görüşlər keçirmişdir. Görüşlər zamanı təşkilatlar arasında davamlı əməkdaşlığın inkişaf perspektivləri geniş şəkildə müzakirə olunmuşdur.
Qeyd edək ki, “AECSD”-nın əsas məqsədi depozitar fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi, vahid “depozitar məkanı”nın yaradılması və assosiasiyaya üzv olan mərkəzi depozitarların qiymətli kağızlarla aparılan əməliyyatlar üzrə qlobal hesablaşma sisteminə inteqrasiyası üzrə təcrübə mübadiləsi üçün platforma təmin etməkdir.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı