Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Media subyektlərinə vergi güzəşti və azadolmaları verilib - BBN

Media subyektlərinə vergi güzəşti və azadolmaları verilib

Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 7 mart 2023-cü il tarixli Qanunla media subyektlərinə bir sıra vergi güzəşt və azadolmaları verilib, qeyd olunan qanunun qüvvəyə minməsi ilə bağlı dövlət başçısı 1 aprel tarixində müvafiq Fərman imzalayıb. Sənədə əsasən, 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edilib. Həmçinin, rəqabətə davamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

Qanunvericilikdə edilmiş digər dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Qeyd olunan güzəşt və azadolmaların audiovizual media subyektlərinə, yəni televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media subyektlərinə verilməsi istisna olunub.

Əsasən stimullaşdırıcı xarakter daşıyan bu dəyişikliklər gələcəkdə media subyektlərini daha çevik və iqtisadi fəallığa uyğun biznes qurmağa, bu sahədə rəqabət mühitini təmin etməklə bütövlükdə medianın inkişafını təşviq etməyə şərait yaradacaq.

Related posts

QLOBAL BAZARLARDA “FIRTINA” ƏVVƏLİ SAKİTLİK: Enerji qiymətləri və dollar indeksi necə dəyişir

DÜNYA HƏYƏCANDA! Trampın İran hədəsi birjaları alt-üst etdi!

Qızıl 4 gündür bahalaşır: Trampın “İran” açıqlaması bazarları hərəkətə gətirdi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı