Mehmanxanaların gəlirləri 38% artıb

2017-ci ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 602 min nəfər, gecələmələrin sayı 1081 min nəfər olub. Yerləşdirilmiş şəxslərin 68,4 %-i xarici ölkə vətəndaşları olub, onlar tərəfindən keçirilmiş gecələmələrin sayı ümumi gecələmələrin  65,9 %-ni təşkil edib.

Bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 136,6 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,8% çoxdur.

Xidmətlərin göstərilməsinə çəkilən xərclər 105,2 milyon manat olub. Bu müəssisələrdə çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% artaraq 9770 nəfər təşkil edib. Bir işçiyə düşən orta aylıq nominal əmək haqqının məbləği 579,3 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır