“Mercedes-Benz” emissiya səbəbindən cərimələnib

Beynəlxalq avtomobil nəhəngi “Mercedes-Benz” Cənubi Koreya tərəfindən cərimələnib. Belə ki, Cənubi Koreya Ticarət Komissiyası (KFTC) tərəfindən həyata keçirilən yoxlamalar nəticəsində şirkətin bəzi avtomobillərə qeyri-qanuni proqram təminatlı cihaz yerləşdirdiyini aşkar edib. Bu cihaz avtomobillərə daha çətin şəraitlərdə hərəkət etməyə imkan tanısa da, havaya buraxılan karbon qazının da miqdarını artırır.

“Mercedes-Benz” şirkəti dizel mühərrikli 15 fərqli modelində aşkarlanan bu cihazlar səbəbindən KFTC tərəfindən 16.9 milyon dollar (20.2 milyard von) məbləğində cərimələnib. “Mercedes-Benz” şirkəti tərəfindən bu məsələyə münasibət bildirilməyib.

Məlumat üçün qeyd edək ki, ötən il KFTC oxşar səbəblərdən “Audi-Volkswagen”, “Nissan Motor Corp”, “Stellantis” və “Porsche AG” şirkətlərinə müxtəlif məbləğlərdə cərimələr tətbiq edib.

Reuters

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır