“Mercedes-Benz”in yeni avtomobilinin qiymətini açıqladı

Alman avtomobil istehsalçısı “Mercedes-Benz” ilk uzun mənzilli elektrikli avtomobilinin qiymətini açıqlayıb. Praktik idman avtomobili (SUV) dizaynında olan Mercedes-Benz EQC modelinin satışlarına 2020-ci ildən start veriləcək və avtomobilin qiyməti 67900 ABŞ dollarından başlayır.

“2019 Los-Angeles Avtomobil Sərgisi” zamanı açıqlanan bu qiymət EQC modelini bazarda başlıca rəqiblərinə (premium avtomobillərə) nəzərən əlverişli mövqedə saxlayır. Belə ki, növbəti ildən satışlarına başlanılacaq elektriklə işləyən premium SUV avtomobillərindən  “Jaguar I-Pace” modelinin satış qiyməti 69500 ABŞ dolları,  “Audi E-Tron” isə 74800 ABŞ dollarından başlayır.

Asiya elektrikli avtomobil bazarında isə qiymətlər nisbətən aşağıdır. Cənubi Koreyanın elektrikli avtomobil brendləri olan Kia Niro EV 38500 ABŞ dolları, Hyundai Kona EV isə 36950 ABŞ dollarına satılır.

Amerikan Chevrolet Bolt brendinin satış qiyməti isə 37495 ABŞ dollarından başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır