“Meta” öz süni intellekt axtarış sistemini yaradır

Meta Google və Bing-dən asılılığını azaltmaq üçün öz süni intellektlə işləyən axtarış sistemini qurur.

BBN.az xəbər verir ki,“Meta”, “Meta AI” chatbotu vasitəsilə ən son hadisələrin aktual xülasəsini təqdim edəcək süni intellektlə işləyən öz axtarış sistemini yaratmağa başlayır.

Meta-nın süni intellekt köməkçisi Facebook, Instagram, WhatsApp və Messenger proqramlarının zəng və mesajlaşma funksiyalarına inteqrasiya olunub. Lakin köməkçi hazırda internetdə axtarış etmək üçün Google və Bing-in axtarış nəticələrindən istifadə edir.

Meta ötən gün Reuters ilə müqavilə imzalayıb və xəbər agentliyinin məzmunundan süni intellekt sorğularında istifadə etmək hüququ qazanıb. Bu addımla şirkət süni intellekt üzrə köməkçisinin imkanlarını artırmağı, Google və Microsoft-dan asılılığını azaltmağı qarşısına məqsəd qoyub.

Qeyd edək ki, “Apple” və “OpenAI”  kimi nəhəng texnologiya şirkətləri də həmçinin “Google”dan asılılığı azaltmaq üçün öz süni intellektlə işləyən axtarış sistemləri üzərində fəal çalışırlar.

Related posts

AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

“Alibaba” şirkəti Cənubi Koreya ilə razılığa gələcək

“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı