Meta şirkəti işçiləri işdən çıxarmağa hazırlaşır

Meta şirkəti işçiləri işdən çıxarmağa hazırlaşır.

BBN.az xəbər verir ki, Facebook, Instagram və WhatsApp-ın daxil olduğu Meta şirkəti daha çox səmərəlilik məqsədi ilə yaxın aylarda işçiləri işdən çıxarmağa başlayacağı bildirilib.

Meta şirkətinin rəhbəri Mark Zukerberg-in keçən noyabr ayında təxminən 11.000 nəfəri işdən çıxardıqdan sonra strukturlaşma üçün yenidən işçiləri işdən çıxarmaq qərarına gəldiyi öyrənilib.

Rəhbərlərə göndərilən bildirişdə işdən çıxarılma qərarının şirkətin virtual reallıq, Quest avadanlığını və Reality Labs-a təsir edəcəyi, işdən çıxarıldıqdan sonra işçilərin vəzifələrinin yenidən müəyyən ediləcəyi bildirilib.

Zukerberg-in mart ayında açıqladığı kimi bu qərarla 10 min şirkət işçisinin ixtisar ediləcəyi, may ayında isə yeni ixtisar dalğasının əlavə oluna biləcəyi bildirilib. Bundan əlavə, ilk rübün sonuna qədər işə qəbulu donduran Meta şirkətinin bu müddəti uzatdığı bildirilib.

Related posts

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı