Metak istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

19 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında “Met-Ak”MMC-nin  AZ2002020272  ISIN-li, 3 mln manat həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olub. Sifarişlər 8 investor tərəfindən   təqdim edilib.Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 000 000,00 manat olub.

Qeyd edək ki, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 mln manat təşkil edib. İstiqrazların ödəmə tarixi isə 19 aprel 2019-cu ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır