Metak istiqrazlarının BFB-də təkrar bazarına başlanılıb

Bugündən etibarən “Met-Ak”MMC-nin istiqrazlarının ikinci buraxılışının (ISIN nömrəsi AZ2002020272) BFB-də təkrar bazarda ticarətinə start verilir.

Metak istiqrazlarının ilkin bazarda satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı BFB-də ticarətinin başlanmasının simvolizə edən “Açılış Zəngi” təşkil olunub.

Metak istiqrazlarının ticarəti BFB-nin Azərbaycan Mərkəzləşmiş Birja Ticarət Sistemində (CETA) elektron ticarət platformasında həyata keçirilir.

Metak İstiqrazlarını BFB-də təkrar bazardan almaq və ya satmaq üçün BFB-nin üzvü olan investisiya şirkətlərinə müraciət oluna bilər.

Qeyd edək ki, Listinq Məsləhət Proqramı çərçivəsində Metak özünün ikinci buraxılışını həyata keçirib.

Əlavə məlumat üçün www.bfb.az saytına daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır