“METAVERSE” şirkətlərin yeni reallığı

Bu gün insanların çoxu “Metaverse” haqqında danışırlar. Bu ifadə “Facebook”un ötən il öz adını “Meta”ya dəyişməsindən sonra daha da populyarlıq qazanıb. Araşdırma şirkəti “GlobalData”nın məlumatına, əsasən “Facebook” 2021-ci ilin 4-cü rübündə virtual potensialını 135% artırıb. 

Bəzi ekspertlərin “metaverse” haqqında fikirləri: “Metaverse” nə olacaq (olmayacaq) ?

  1. CNET-in jurnalisti

2022-ci ildə biz “metaverse” haqqında çox eşidəcəyik. Amma gəlin, bu haqda gözləntilərimizi aşağı saxlayaq. Təəssüf ki, “metaverse” bu günün situasiyası üçün real deyil. Ancaq bununla belə şirkətlər özlərini daim yeniləmək ehtiyaclarını təmin etməlidirlər. 

2. Matteyu Ball, “Venture Capital” şirkətinin CEO-su

Heç kim fikirləşmirdi ki, nə vaxtsa bizim VR qulaqlıqlar, virtual məhsullar və s.-yə ehtiyacımız olacaq. Ancaq, birdən onlar bizim həyatımızın bir hissəsinə çevrildi, heç kim bu reallığı dəyişə bilməz. O, həmçinin xatırladır ki, 1990-cı illərdə heç bir internet fərziyyələri bizi bu günün imkanlarına apara bilməzdi. 

  • Roni Abovitz, “Magic Leap” şirkətinin yaradıcısı

İnsanların yeni bir dünya yarada biləcəklərinə (məsələn, veb səhifə və yaxud bloq yaratmaq) inanıram. İnsanlar daxili və xarici aləmlərinin ən zəngin hissəsini bütün planet ilə daha sürətli bir şəkildə paylaşa biləcəklər. 

  • Teyler İşida, “Sony Electronics” şirkətinin istehlakçı biznes qrupu üzrə vitse-prezidenti

Bu günün texnologiyasının keyfiyyət və inkişafının yüksək səviyyəsi hesabına, “metaverse” “real həyat” kimi real görünə bilər. Mən təsəvvür edirəm ki, “metaverse” asanlıqla təhsil, tədqiqat, sənaye, informasiya texnologiyası, təhlükəsizlik sahələrində tətbiq edilə bilər. Bəli, texnologiyanın ən üst səviyyəsinə çatsaq da, “metaverse” ilə daha çox yeniliklərə nail olacağımıza əminəm. 

  • Reyn Mayida, müğənni, “Our Lady Peace”

Virtual aləmdə yeni kimliyin yaradılması tendensiyasını artıq mənim uşaqlarım da test edib. Onlar asanlıqla öz ideyalarını, arzularını milyardlarla insan ilə bölüşmək imkanına sahibdirlər. Dünyanın davamlı olmağı üçün tarazlığa ehtiyac var. Sadəcə ola bilər ki, “metaverse” insanlıq üçün balansın başqa bir komponentini təşkil edir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı