Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Microsoft 10.000 iş yerini ixtisar edəcək: Texnologiya sektorunda işsizlik artır - BBN

Microsoft 10.000 iş yerini ixtisar edəcək: Texnologiya sektorunda işsizlik artır

Microsoft xərcləri azaltmaqdan dolayı 10.000 iş yerini ixtisar edəcək və texnologiya sektorunda işsizlik problem yüksələcək.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, baş icraçı direktor Satya Nadella deyib ki, Covid dövründə xərcləmələr artırdı, hazırda isə insanlar daha çox gözləmə mövqeyindədirlər.

O, bildirib ki, şirkət əsas sahələrdə işçi qəbuluna davam edəcək. Ekspertlər isə deyirlər ki, bu sektorda iş yerlərinin ixtisar edilməsi Microsoft ilə sonuncu deyil və bu proses davam edəcək.

Qeyd edək ki, 2023-cü ilin əvvəlində Amazon elan etmişdi ki, “qeyri-müəyyən” iqtisadiyyat və pandemiyada daha çox işçi qəbulu fonunda 18.000 iş yerini ixtisar edəcək. Noyabrda isə daha bir nəhəng texnologiya şirkəti olan Meta-dan bildirilmişdi ki, işçi qüvvəsinin 13%-ni, ümumilikdə isə 11.000 nəfər ilə yollarını ayıracaq.

Related posts

“YouTube”un illik gəliri açıqlandı

Süni intellekt bazarında yeni mərhələ: “OpenAI” “Cerebras” ilə əməkdaşlığa başladı

Spotify-in istifadəçi sayı rekord həddə çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı