Microsoft & Apple mübarizəsi davam edir

Mərkəzləri ABŞ-da yerləşən iki nəhəng şirkətin reklam mübarizəsi getdikcə artır. Belə ki, şirkətlər öz reklamlarında bir-birilərinin məhsullarına “söz atır”. Bu mübarizədəki son vəziyyət belədir:

“CNN Türk”dən yayılan məlumata əsasən, yaxın zamanlarda Apple tərəfindən yayınlanmış bir reklam filmində Microsoft Surface Pro 4 modelində qüsurlar tapıb. Apple, iPad Pro-nun praktik istifadəsini önə ataraq, Windows 10-lu planşet və komputer formatındakı məhsullarını tənqid edib.

Microsoft tərəfindən verilən cavab isə gecikməyib. Microsoft iPad Pro və Surface Pro 4-ü yan-yana qoyaraq hazırladığı reklam filmində, öz məhsullarının üstünlüklərindən danışdı. Surface Pro 4-ün içərisində İntel Core i7 prosessordan, proqramlardan, Trackpad və xarici portlardan danışaraq iPad Pro-nun əksikliklərini vurğuladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır