Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Microsoft minlərlə əməkdaşını ixtisar edir - BBN

Microsoft minlərlə əməkdaşını ixtisar edir

Texnologiya nəhəngi “Microsoft” dünya üzrə ümumi işçi qüvvəsinin 3 faizini ixtisar etmək qərarına gəlib. Şirkətin nümayəndəsi bu addımın performansla bağlı olmadığını, əksinə, təşkilati strukturu yenidən formalaşdırmaq məqsədi daşıdığını bildirib.

BBN.az xəbər verir ki, “Microsoft” dinamik bazar şərtlərində daha çevik və səmərəli fəaliyyət göstərmək üçün struktur dəyişiklikləri həyata keçirdiyini vurğulayıb.

Qeyd edək ki, sözügedən qərar 2024-cü ilin sonunda açıqlanan gözləniləndən yüksək maliyyə nəticələri və optimist proqnozlardan sonra verilib. Bu ilin əvvəlində şirkət performansa əsaslanan müəyyən ixtisarlar həyata keçirmişdi, lakin son dalğa bununla əlaqəli deyil.

Yeni ixtisarların minlərlə əməkdaşa təsir edəcəyi gözlənilir. Bazar ertəsi “Microsoft”un səhmləri 449,26 ABŞ dollarına ticarət olunub ki, bu da 2025-ci ildə qeydə alınan ən yüksək göstəricilərdən biridir.

Related posts

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Qlobal borc rekord həddə çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı