Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Microsoft" növbəti data mərkəzini Helsinkidə istifadəyə verəcək

“Microsoft” növbəti data mərkəzini Helsinkidə istifadəyə verəcək

Texnologiya nəhəngi “Microsoft” fəaliyyət dairəsini genişləndirir. “Microsoft” ilə Finlandiyanın ən böyük enerji şirkəti olan “Fortum” arasında imzalanan tərəfdaşlıq müqaviləsi çərçivəsində paytaxt Helsinki yaxınlığında yeni data mərkəzi yaradılacaq.

11 mindən çox vətəndaşı iş yeri ilə təmin edəcək bu data mərkəzi Finlandiyanın özəl şirkətləri və dövlət qurumlarını bulud texnologiyaları üzrə xidmətlər ilə təmin edə biləcək. Yeni data mərkəzi havalandırma sistemi üçün 900 kilometr uzunluğunda boru şəbəkəsinə sahib olacaq. Bu boru şəbəkəsində dövr eliyən isti havanın sirkulyasiyası nəticəsində Helsinki, Espoo və            Kauniainen şəhərlərinin istiliklə təmini həyata keçiriləcək.

200-ə yaxın data mərkəzinə malik olan “Microsoft” son olaraq ötən ilin noyabr ayında Gävle, Sandviken və Staffanstorp şəhərlərində data mərkəzlərini istifadəyə verib.

Related posts

Yaxın Şərqdə Münaqişə Böyüyür: Qızıl Bahalaşır, Amma Dollar Təzyiq Yaradır!

“Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri” mövzusunda tədbir keçirilib

ABŞ–İsrailin İrana zərbələrindən sonra qızıl 2% bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı