“Microsoft” korporasiyası “Windows 11” 24H2 yeniləməsini istifadəyə verib.
BBN.az xəbər verir ki, bu barədə “ArsTechnica” nəşri məlumat yayıb.
Jurnalistlər bu yeniləməni son iki ilin – 22H2 versiyasının 2022-ci ildə buraxılmasından sonra, ən böyük yeniləməsi adlandırıblar.
Bildirilir ki, ilkin olaraq tərtibatçılar bu ilin sonunda “Windows 12”ni təqdim etmək istəsələr də, sonda əməliyyat sisteminin cari versiyasını yeniləməklə məhdudlaşmaq qərarına gəliblər.
Məlumata görə, 24H2 versiyası yeni enerjiyə qənaət rejimi, Wi-Fi 7 dəstəyi və USB4 2.0 konnektorları vasitəsilə saniyədə 80 giqabayta qədər sürətdə məlumat ötürülməsi, yeni sürətli parametrlər paneli və digər funksiyalar əldə edib.
Qeyd olunub ki, yeniləmə tədricən yayılacaq və artıq bəzi istifadəçilər üçün əlçatandır.