“MİDA” tezliklə Hövsan qəsəbəsində mənzil satışına başlayacaq

2017-ci ilin dekabrında Bakı şəhərinin Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektar ərazidə təməlqoyma mərasimi keçirilən Hövsan Yaşayış Kompleksinin tikinti-quraşdırma işləri yekunlaşıb.

7 mərtəbəli kompleks ümumilikdə 2962 mənzil olmaqla 11 yaşayış binasından ibarətdir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təklif olunacaq. Mənzillərin layihələndirilməsi zamanı ölkəmizin şəhərsalma təcrübəsində ilk dəfə olaraq böyük əsas həyətlərlə yanaşı Avropanın cənub şəhərlərində geniş tətbiq olunan kiçik daxili həyətlər də planlaşdırılmışdır. Bununla da bütün mənzillərin təbii havalandırılması mümkün olacaq.

Hövsan Yaşayış Kompleksinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şərait yaradılıb, geniş həyətlər və uşaq oyun meydançaları tikilib, yaşıllıqlar salınıb. Eləcə də, Kompleksin ərazisində hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, 1920 şagird yerlik bir ümumtəhsil məktəbi və tibb mərkəzi inşa edilib.

Mənzillərin satışına yaxın zamanda start veriləcək.

Related posts

Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə

Növbəti hərracda 13 nəqliyyat vasitəsi satılıb

Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı