Milli Depozit Mərkəzinin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası təsdiq edilmişdir – Foto

Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə hazırlanan Milli Depozit Mərkəzinin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası təsdiq edilmişdir.

Ölkəmizin kapital bazarlarında mərkəzi mövqedə olan Milli Depozit Mərkəzinin növbəti strateji dövrdə təkmil korporativ idarəetmə və informasiya təhlükəsizliyinə malik olan, geniş xidmətlər təqdim edən və effektiv əməliyyat çərçivəsi olan bir quruma transformasiyası hədəflənir. Strategiya çərçivəsində Azərbaycanda kapital bazarlarının səmərəli və effektiv fəaliyyət göstərməsinə və böyüməsinə dəstək göstərmək məqsədilə Milli Depozit Mərkəzinin fəaliyyətlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və dayanıqlı ticarətsonrası infrastrukturunun qurulması nəzərdə tutulur.

Milli Depozit Mərkəzi Mərkəzi Bankın təsis etdiyi qeyri-kommersiya hüquqi şəxs olaraq qiymətli kağızların saxlanmasını, onlar üzərində mülkiyyət hüquqların qeydiyyatını və qiymətli kağızlar üzrə ticarətdən sonrakı hesablaşmaları həyata keçirən depozitar təşkilat kimi ölkəmizin aparıcı maliyyə institutlarından biridir. Maliyyə sektorunun ümumi sağlamlığına və sabitliyinə töhfə verəcək qabaqcıl və effektiv bir təşkilat kimi Milli Depozit Mərkəzi bazar iştirakçılarının əlçatan, məsuliyyətli və innovativ xidmətlərə çıxışının təmin olunduğu bir gələcəyi hədəfləyir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı