Milli Məclis “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanunu qəbul edib

19 iyun 2020-ci il tarixində “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilib.

2019-cu ildə dövlət büdcəsinin gəlirləri 23168,0 mln. manat proqnoza qarşı 24218,1 mln. manat və ya 104,5 faiz icra olunub. 2019-ci ildə dövlət büdcəsi gəlirlərinin 43,8 faizini qeyri-neft sektorundan gəlirlər təşkil edib ki, bu da proqnoza nisbətən 2,9 faiz-bənd çoxdur.

2019-cu il dövlət büdcəsinin xərcləri 25190,0 mln. manat proqnoza qarşı 24425,9 mln. manat və ya 97,0 faiz icra edilib.

Strukturuna görə 2019-cu il dövlət büdcəsi xərclərinin 13528,9 mln. manatı və ya 55,4 faizi cari xərclərə, 9372,2 mln. manatı və ya 38,4 faizi əsaslı xərclərə, 1524,8 mln. manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2019-cu il icmal büdcənin gəlirləri 29234,8 mln. manat proqnoza qarşı 33966,7 mln. manat və ya 116,2 faiz, xərcləri isə 27370,9 mln. manat proqnoza qarşı 26506,1 mln. manat və ya 96,8 faiz icra olunub. İcmal büdcədə proqnozlaşdırılmış 1863,9 mln. manat profisitə qarşı faktiki olaraq 7460,6 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.

Related posts

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

Aqrar sığorta mexanizmi – üçüncü şəxslərin hərəkətlərindən dəyən zərərə görə sığorta müqaviləsi bağlayın!

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı