Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Milli Məclis ipoteka saxlayanların üstünlük hüququ ilə bağlı dəyişiklikləri qəbul edib - BBN

Milli Məclis ipoteka saxlayanların üstünlük hüququ ilə bağlı dəyişiklikləri qəbul edib

BBN.az xəbər verir ki, Milli Məclis “İpoteka haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, ipoteka saxlayanlar ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnu müqavilə əsasında dəyişdirə biləcəklər.

Layihəyə görə, üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilə notariat qaydasında təsdiqlənməlidövlət reyestrində qeydiyyata alınmalıdır.

Yeni mexanizmə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə, bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrindədaşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən etibarən 3 iş günü müddətində qeydə alınacaq.

Qanuna əsasən, üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumunu həmin hüququ əldə edən ipoteka saxlayan ödəyəcək.

Bu dəyişikliklərin məqsədi ipoteka münasibətlərində hüquqi mexanizmlərin daha çevik və səmərəli tətbiqinə nail olmaqdır. Qeydiyyat prosesi nəticəsində üstünlük hüququnun dövlət səviyyəsində tanınması və təsdiq edilməsi təmin ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Related posts

AMB sədri İSB-yə texnoloji infrastrukturun genişləndirilməsini tövsiyə edib

Azərbaycanda nağd dollar satışı azalıb

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı