Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Milli Observatoriyada təlimlər keçirilir - BBN

Milli Observatoriyada təlimlər keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələri üzrə Milli Observatoriyada SPSS (Statistical Package for Social Seciences) təlimi proqramı həyata keçirilir.

Bu proqram qurumun əməkdaşlarının statistik təhlillərlə bağlı bilik və bacarıqlarının təkmilləşməsinə, kəmiyyət analizləri üzrə mövcud alətlərlə tədqiqat bacarıqlarını artırmalarına imkan verəcək. Onlar effektiv keyfiyyət tədqiqatlarının aparılması və proqnozların qurulması metodlarına yiyələnəcəklər. Bu da Milli Observatoriyanın təhlil etdiyi məsələlərin statistik analizi sahəsində baza bacarıqlarının formalaşdırılması və inkişafına şərait yaradacaq.

Təlimlərin hər qrupda 12-15 nəfər olmaqla 3 qrup üçün aparılması nəzərdə tutulub və hazırda I qrup üzrə təlim davam edir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı