Milyarder: “FED artımları davam etsə, səhm bazarı dəyər qazanmayacaq”

“Mərkəzi Bankın (FED) faiz dərəcələrini yüksəltməsi ABŞ iqtisadiyyatına zərbə vurur. FED faiz dərəcələrini “çox zərərli” bir səviyyədə yüksəltsə, səhm bazarı dəyər qazanmayacaq. 2023-cü ildə ciddi korreksiyaya səbəb olacaq”.

BBN.az xəbər verir ki, bu haqda investor, milyarder Ray Dalio Business Today-ə müsahibəsində bildirib.   

Çərşənbə günü “Bridgewater Associates” yaradıcısı deyib ki, inflyasiya 4-5% ətrafında qərarlaşa bilər ki, bu da FED-in 2%-lik hədəfindən olduqca yüksəkdir. O, xəbərdarlıq edərək deyib ki, əgər bu baş verərsə, ABŞ Mərkəzi Bankı faiz dərəcələrini hazırkı 3%-dən 6%-ə qədər yüksəltməli olacaq: “Bu isə ölkə iqtisadiyyatı üçün çox təhlükəlidir və bütün bazara təsir edəcək, xüsusilə də səhm bazarına”, – deyə qeyd edib. 

Bildirmək yerinə düşər ki, bu həftə S&P 500 yüksək inflyasiyadan dolayı 4%-dən çox dəyər itirib. Faiz dərəcələrinin artımının davam etməsi, qaranlıq iqtisadi hesabatlar bazara təsir etməkdədir. Üstəlik, Dow Jones da 1000 baza bəndi, texnologiya ağırlıqlı NASDAQ isə 5% dəyər itirib.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı