Milyarder, investor: “Dünya hərisliklə deyil, paxıllıqla idarə edilir”

Milyarder, investor Charlie Munger deyir ki, o heç vaxt öz pulunun dəyərini başqaları ilə müqayisə etmir.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, əksinə isə o, sərvət toplamaqda motivasiyanı iş və şəxsi həyatda verəcəyi müstəqillikdə axtarır və daha çox insanın da ondan nümunə götürməyini arzulayır.

2021-ci ilin əvvəlində rəhbəri olduğu “Daily Journal”ın illik təşkil edilən görüşündə qeyd edib ki, dünya hərisliklə deyil, paxıllıqla idarə edilir.

Forbes-in hesablamalarına görə 2.2 milyard dolları olan 98 yaşlı Munger əlavə edib ki, insanlar üçün paxıllıq etmək asan və adi bir haldır. O, qeyd edib ki, bəzi insanlar nə qədər çox nəsnəyə sahib olsalar da başqalarında həmişə onlardan çox olacaq.

“Mən öz həyatımda paxıllıq hissinə qalib gəlmişəm. Mən heç kimə paxıllıq etmirəm, amma bəzi insanlar başqalarının daha çox nəsnəyə sahib olmağından dəli olurlar”.

Related posts

Birbank taksit kartı sahibləri 150 000 AZN qazana bilərlər

Oksford Universitetinin tələbələri “ASAN xidmət”də təcrübə proqramı keçəcəklər

Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı