“Mini büdcə” layihəsindən bu yana ilk dəfə funt sterlinqin məzənnəsi ən yüksəyə çatdı

Sentyabrın ortasından bu yana ilk dəfə funt sterlinqin məzənnəsi ən yüksəyə çatıb, dollar isə enib. İnvestorlar yeni Baş naziri və onun bu postdakı ilk bəyanatını xoş qarşılayıblar.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, çərşənbə axşamı sterlinqin məzənnəsi 1.9% yüksələrək 1.149 dollara çatıb – bu isə 44 gün Baş nazir postunda qalan Liz Truss-ın “mini büdcə” layihəsindən bu yana ən yüksək artımdır. 

İnvestisiya Bankı CIBC-də xarici məzənnələrin dəyişdirilməsi üzrə strategiya rəhbəri deyib ki, “bu gün dollar bütün dünyada dəyərini itirir”.

Ancaq o, əlavə edib ki, şübhə yoxdur ki, Böyük Britaniyada yeni Baş nazir Rishi Sunakın seçilməsi bazar üçün makro-iqtisadi mənzərə ilə bağlı stabillik aşılayıb.

Qeyd edək ki, son bir neçə ayda siyasi və iqtisadi qeyri-müəyyənlik Britaniyanın biznes mühitinə böyük təsir edib.

Related posts

Bu günün valyuta məzənnələri-17.07.2024

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı