Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Minimum əmək haqqı gəlir vergisindən azad oluna bilər - BBN

Minimum əmək haqqı gəlir vergisindən azad oluna bilər

Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirə olunub. Deputat Vüqar Bayramov minimum əmək haqqının gəlir vergisindən azad edilməsi təşəbbüsü ilə çıxış edib.

O bildirib ki, bir çox ölkələrdə minimum əmək haqqı gəlir vergisindən azad edilir və Azərbaycanda da oxşar praktikanın tətbiqi məqsədəuyğundur. Deputat vurğulayıb ki, həm dövlət, həm də özəl sektorda minimum əmək haqqı alan vətəndaşların maaşlarının vergidən azad olunması sosial təminat baxımından vacibdir.

Bayramov təklif edir ki, vergidən azad olunan məbləğ 400 manat müəyyənləşdirilsin. Bu halda 2,500 manatadək maaş alanların gəlirlərində artım müşahidə oluna bilər. Deputat həmçinin dövlət sektorunda gəlir vergisi intervallarının iqtisadi inkişaf nəzərə alınaraq 2,500 manatdan 4,000 manata qədər artırılmasının məqsədəuyğun olduğunu bildirib.

Related posts

MDM-in sədri: “Yeni maliyyə alətləri üçün çevik infrastruktur qururuq” – MÜSAHİBƏ

Azərbaycanda xarici dövlət borcu 7,5 % azalıb

Azərbaycanda ÜDM 0,3 % azalıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı