Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mobil cihazların qeydiyyata alınmasına görə rüsumlar azaldılır - Qanun layihəsi təsdiqlənib - BBN

Mobil cihazların qeydiyyata alınmasına görə rüsumlar azaldılır – Qanun layihəsi təsdiqlənib

Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğləri azaldılır.

BBN.az xəbər verir ki, bu, parlamentin oktyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Dəyişikliklə satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 15 manat dövlət rüsumu dərəcəsi tətbiq ediləcək.

Qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 20 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 30 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 40 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 50 manat, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 70 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 100 manat olacaq.

Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar üçün dövlət rüsumu dərəcəsi 15 manat olacaq.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Related posts

BVF Almaniya iqtisadiyyatı və borc əyləci islahatlarını təhlil edib

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Minimal komissiya ilə xaricə köçürmə fürsətini qaçırma!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı