Mobil cüzdan axımının cari statistikaları

Beynəlxalq virtual kart platforması olan “GATE” son dövrlərin rəqəmsallaşma yolunda ən böyük trendinə çevrilmiş məfhumlarından biri olan mobil cüzdanların cari dövr üçün statistikasını açıqlayıb.

Hesabata görə, dünyada 2.07 milyard nəfər mobil cüzdan xidmətindən istifadə edir. Bu göstəricinin böyük əksəriyyəti isə Çinin (56%) payına düşür. Çində hal-hazırda 1.6 milyarddan artıq aktiv mobil cüzdan hesabı mövcuddur. Çinin əsas mobil cüzdan nəhəngləri “Alipay” (700 milyon) və “WeChat Pay” (900 milyon) tətbiqetmələridir.

Afrika qitəsinin ən böyük mobil cüzdan tətbiqetməsi Keniya mərkəzli “MPesa”-dır və 28 milyon istifadəçiyə malikdir.

1998-ci ildə ABŞ-da yaranan və ilk dijital cüzdanlardan olan “PayPal” beynəlxalq bazarda 267 milyon istifadəçiyə malikdir.

Bununla yanaşı, dünyada heç bir bank xidmətindən istifadə etməyən 1.7 milyard yetkinlik yaşına çatmış şəxs var. Bu isə, dünya əhalisinin 21%-ini təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır