Mobil operatorlar yeddi ayda 700 mln. manata yaxın gəlir əldə ediblər

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,6% artaraq 1 milyard 939,3 milyon manat təşkil edib.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmətlərin 74%-i əhali tərəfindən istehlak olunub.

Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 35,6 faizi və ya 690,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Related posts

Cari ilin birinci yarısında ölkədə yeni açılan iş yerlərinin sayı açıqlandı

Nazir Rəşad Nəbiyev Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb

Dövlət Xidməti internet tariflərinin artımı ilə əlaqədar araşdırmalara başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı